Bu mətn yalnız məlumat məqsədilə hazırlanmış tərcümədir; hüquqi baxımdan sənədin türk dilindəki mətni üstünlük təşkil edir.

MADDƏ 1 – TƏRƏFLƏR

SATICI: Mobilteg Mobil Bilişim Teknolojileri Grubu San.Tic.Ltd.Şti.

Ünvan: Uludağ Universiteti, Ulutek Texnoparkı, K:3 D:303 Nilüfer / BURSA

Vergi nömrəsi: Nilüfer VD. 622 049 43 60

MADDƏ 2 – MÜQAVİLƏNİN PREDMETİ

Bu müqavilənin predmeti ALICI-nın SATICI-ya məxsus mobilteg.com.tr internet saytından elektron qaydada sifariş etdiyi və rəqəmsal formada təhvil verilən lisenziya, proqram təminatı, quraşdırma üzrə dəstək xidməti və ya əl terminalı avadanlığının satışı ilə bağlı tərəflərin hüquq və öhdəliklərinin Türkiyə Respublikasının 6502 nömrəli «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və «Məsafəli müqavilələr haqqında» Əsasnaməyə uyğun olaraq müəyyən edilməsidir.

MADDƏ 3 – MÜQAVİLƏNİN PREDMETİ OLAN MƏHSUL/XİDMƏT

Elektron mühitdə dərhal icra olunan xidmətlər (proqram təminatı lisenziyaları, modullar və e-ticarət B2B proqram təminatı xidmətləri) istehlakçıya dərhal təhvil verildiyindən, mahiyyətinə görə müqavilədən imtina hüququnun tətbiq edilmədiyi məhsullar qrupuna aiddir. Avadanlıq (əl terminalı və s.) məhsullarında isə bu hüququn tətbiqi qablaşdırmanın açılmamış olmasından asılıdır.